Modamer haqqında

ŞİRKƏT HAQQINDA

Modamer SR Group tərəfindən 2023-cü ildə təsis edilmiş Türkiyə brendidir. Bu dövrdə Azərbaycanda fəaliyyətə başlayan Modamer əsasən işçi geyimləri, ayaqqabıları və aksesuarları istehsal edən və satışını həyata keçirən bir marka olaraq SR Group-un tərkib hissəsidir. Biz ölkəmizdə qida, tikinti, istehsalat, tibb və digər sahələrdəki iri şirkətlərlə əməkdaşlıq edirik. Məhsullarımızın keyfiyyəti və çeşid çoxluğu ilə rəqiblərimiz arasında fərqlənirik. Hədəfimiz bu sahədə müştəri məmnuniyyətini yüksək səviyyədə təmin edərək ilk ağıla gələn marka olmaqdır.

 SR Group isə 2002-ci ildən etibarən fəaliyyət göstərir. Şirkətimiz hər növ işçi geyimlərinin istehsalını həyata keçirir. Bundan əlavə reklam, iş təhlükəsizliyi, tikinti materialları və avadanlıqların satışını da mümkün edir.

 SR Group olaraq günü-gündən artan işçi qüvvəsi ilə iş geyimi və iş təhlükəsizliyi avadanlıqları sahəsində peşəkar xidmət və keyfiyyət anlayışı ilə yerli və beynəlxalq bazarda fəaliyyət göstəririk. Aylıq istehsal gücümüz çeşid olaraq 100.000 ədədə çatır. 

 

MİSSİYAMIZ

Məqsədimiz Modameri öz sektorunda dünya brendinə çevirərək qabaqcıl şirkət etməkdir. Beynəlxalq layihələri həyata keçirərək günü-gündən portfelimizi böyüdüb, hər işin öhdəsindən gələrək ilk sıralara yerləşmək əsas amalımızdır. Keyfiyyətli məhsullarla kəmiyyət fərqi olmadan müştərilərimizi məmnun edərək onların ən yaxın dostlarına çevrilirik.

 

VİZYONUMUZ

Keyfiyyət və fərqimiz, müştəri məmnuniyyətimiz ilə yerli və beynəlxalq bazarda axtarılan şirkətlər siyahısında olmağı bacarırıq.

 Bu gün şirkətimiz dünya yarmarkalarına və bazar araşdırmalarına diqqət yetirir. Yaxın Şərq, Asiya, Avropa, Afrika ölkələri, həmçinin Azərbaycan, Gürcüstan və Rusiyada geniş yayılmış satış şəbəkəsinə çatır.

 “Öncə təhlükəsizlik, sonra iş!" anlayışı ilə biz komandamıza yüksək diqqət göstərir və müştəri məmnuniyyətini təmin etməsinə şərait yaradırıq.

Zəng EtMenu1Whatsapp
Yuxarı